Buxar

Buxar və ya buğfizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir.

Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər.

Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir. Mühəndislər buxar maşınlarını modellemek üçün ideal termodinamik çevrim olan Rankine çevrimini istifadə edirlər.

Buxar 2 cür olur: Doyandoymayan buxar. Doyan buxar öz mayesi ilə dinamik tarazlıqda olan, doymayan buxar isə öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in